Həyatla oyun
29 avqust 2013 | 15:00
28 avqust tarixində İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Uşaq Teatırının hazırladığı, narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş “Həyatla oyun” adlı tamaşa nümayiş olunub.
Jurnalist Arzu Soltanın “Xaşxaşın göz yaşları” və ya “Həyatla oyun” adlı pyesi əsasında hazırlanan tamaşa Azərbaycanın 20-dən çox bölgəsi və ali məktəbində nümayiş etdirilib.
Tamaşada ali məktəb tələbələrindən bir qrupunun narkomaniyanın girdabına necə yuvarlanmaları və bu səbəbdən onların üzləşdikləri arzuolunmaz həyat lövhələri böyük ustalıqla nümayiş olunub.