Şriftin ölçüsü :

Saytın rəngi :

İƏD üzrə nümayəndələrin iştirakı ilə seminar keçirilib

30 dekabr 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin həftəlik tədbirlər planına uyğun olaraq 29.12.2019–cu il tarixində Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələrin iştirakı ilə seminar keçirilib.
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və “Yeni il” münasıbəti ilə seminar iştirakçılarını təbrik edib. Sonra qeyd edib ki, 07-31 yanvar 2020ci il tarixlərdə Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncaqları keçirilməsi nəzərdə tutulub. Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2019-cu il tarixli 205 saylı sərəncamına əsasən İƏD üzrə nümayəndəliklərdə hesabat yığıncaqlarının keçirilməsi barədə təsdiq edilmiş qrafik ilə icra nümayəndələri tanış edildi.
R.Səmədov hesabat yığınçaqlarında Azərbaycan Respublikası Qanunlarının, Prezidentin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının və digər rəhbər orqanların hüquqi aktlarının öyrənilməsi, əhali arasında təbliğ edilməsi, 2019-cu il ərzində nümayəndəliklərə daxil olmuş məktubların, ərizələrin icrası və vətəndaş müraciətlərinə baxılması vəziyyətinin təhlil edilməsi, hesabat yığınçaqlarında ötən il səsləndirilmiş tənqidi qeyd və təkliflərin icrası vəziyyəti təhlil olunması, həll olunmamış məsələlərin icra edilməməsinin səbəbləri vətəndaşlara izah edilməsi, əhalinin əmlakının icbari sığortası və əhalinin tibbi sığortası barədə maarifləndirmə işinin təşkil edilməsi və bu istiqamətdə qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. Həmçinin İƏD üzrə nümayəndələrə hesabat yığıncaqlarında vətəndaşların qaldıracaqları həlli vacib olan məsələlərin, mövcüd olan sosial-iqtisadi problemlərin öyrənilməsi və həlli yollarının araşdırılmasına dair tövsiyyələrini çatdırıb.
Sonda nümayəndələri maraqlandıran sualları cavablandırılıb.

Keçidlər