Şriftin ölçüsü :

Saytın rəngi :

İƏD üzrə nümayəndəliklər hesabat yığıncaqları keçirilir

13 yanvar 2020 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə hesabat yığıncaqları RİH başçısının 27.12.2019-cu il tarixli 205 saylı Sərəncamına uyğun olaraq yanvar ayının 8-dən 30-dək keçirilməsi nəzərdə tutulmuşdur.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən İƏD üzrə nümayəndəliklərdə “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncaqlarının keçirilməsinə başlanılmışdır.
Hesabat yığıncaqlarında Rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyəti başçısının yanında Şuranın üzvləri və aparatının məsul işçiləri iştirak edirlər. 8-13 yanvar 2020-ci il tarixlərdə rayonun Mollaisaqlı, Sumağallı, Quşencə, Təzəkənd, Kəlbənd, Xanagah, Qalagah, Ruşan və Soltankənd kənd İƏD üzrə nümayəndəliklərində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncaqları  keçirilmişdir.
Hesabat yığıncaqlarında nümayəndəliklərdə 2019-cu ildə görülmüş işlər müzakirə olunur və 2020-ci ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Hesabat yığıncaqlarında İcra nümayəndəliklərinin illik fəaliyyəti vətəndaşlar tərəfindən qiymətləndirilir.
Vətəndaşların yığıncaqlarda qaldırdıqları həlli vacib olan məsələlər, mövcüd olan sosial-iqtisadi problemlər öyrənilir və vətəndaşlarla birlikdə həlli yolları araşdırılır.

Keçidlər