Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 20 Yanvar faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsi

14 yanvar 2020 | 16:00

14  yanvar 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman idarəsi Təhsil şöbəsi ilə birgə  “20 Yanvar Ümumxalq Hüzn Günü” nə həsr olunmuş “ 20 Yanvar- Qan Yaddaşımız!” mövzusunda  inşa-yazı müsabiqəsi keçirilmişdir.
   Tədbir 20 Yanvar şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsilə başlamışdır.
   Tədbiri giriş sözu ilə açan İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi           Taleh Salehov keçirilən tədbirin məqsəd və mahiyyəti barəsində ətraflı çıxış edərək qeyd etdi ki, Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 30 il ötür. Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.
   Tədbirdə həmçinin RİH-nin əməkdaşı Namiq Kərimov  ,rayon  Ağsaqqallar Şurasının sədri Valeh Salehov , Təhsil şöbəsinin baş məsləhətçisi Ramiz Baloğlanov, metodisti Ülviyyə Zeynalova və digərləri çıxış ediblər.Çıxışlarda bildirilib ki, həmin ağır günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının törədilməsini cəsarətlə bəyan edən ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı hadisələrə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verilmiş, məhz xalqın təkidli tələbi ilə onun yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar qurbanlarının xatirəsi əbədiləşdirilmiş, şəhid ailələrinə və o müdhiş gecədə sağlamlığını itirmiş soydaşlarımıza lazımi dövlət qayğısı göstərilmişdir.
20 Yanvar şəhidləri haqqında söylənilən  hərarətli çıxışlardan sonra tədbir iştirakçılarına  faciə qurbanlarının xatirəsinə həsr olunmuş  məktəblilər tərəfindən hazırlanan  ədəbi-bədii kompazisiya təqdim olunmuşdur.
Ədəbi-bədii kompazisiya bitdikdən sonra isə verilən bir saat ərzində gənclər öz fikir və duyğularını bədii ifadələrlə kağıza köçürdülər.
   İsmayıllı rayon məktəblərindən gələn 60 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri yoxlama komissiyasının rəyi əsasında bəlli olacaqdır.

Keçidlər