Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının növbəti görüş-qəbulu Hacıhətəmli kəndində keçirilib

16 yanvar 2020 | 16:00

İsmayıllı rayonunun multikultiral mənzərəsində hapıtlıların qədimdən məskunlaşdığı Hacıhətəmli kəndinin xüsusi yeri vardır. Dövlətimizin qayğısı, yaratdığı şərait, hər bir Azərbaycan vətəndaşının zəngin həyata  qovuşması üçün həyata keçirdiyi tədbirlər bu kəndin sakinlərinin də arzularını reallaşdırıb. Hacıhətəmlilər öz dillərini, folklor nümunələrini yaşadır, təsərrüfat uğurlarını artırırlar. İsmayıllı-İvanovka-Hacıhətəmli asfalt yolu cənab Prezident İlham Əliyevin sərəncamı ilə çəkilib. İçməli su kəməri də eyniylə. Sahibkarlığın inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, üzümçülük bərpa olunub, müasir şərab zavodu tikilib, ekoturizmin inkişafı üçün geniş imkanlar açılıb. İndiyə qədər duru yanacağın ümidinə qalan məktəbin qazanxanasına qaz xətti çəkilib. Bununla da təlimin təşkili şəraiti daha da yaxşılaşıb. Fermer təsərrüfatlarında məhsuldarlıq ildən-ilə artır, torpaqlardan səmərəli istifadə yolları öyrənilir və  tətbiq olunur. Ismayıllı Rayon İcra Hakimiyyəti başçısının Hacıhətəmli kəndində keçirdiyi görüş-qəbulda bütün bunlardan ətraflı danışılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri giriş nitqi ilə açaraq görüş-qəbula gələnləri salamlayıb və qeyd edib ki, rayonun,  onun bütün yaşayış məntəqələrinin bugünki səviyyəyə çatan inkişafı bilavasitə Prezident İlham Əliyevin tükənməz qayğısının, insan kapitalını hər şeydən üstün tutmasının nəticəsidir. Cənab Prezidentin İsmayıllıya intensiv səfərləri bu bölgəni yüksək inkişaf səviyyəsinə çatdırıb. Hacıhətəmli kəndi də  bu inkişafın mərkəz xəttində öz yerini tutur. Rayon İcra Hakimiyyəti kəndin icra və özünüidarəetmə  qurumları, daha fəal vətəndaşları ilə müntəzəm əlqə saxlayır, yaranan problemləri vaxtında həll edir və ehtiyaclı insanların  yanında olur.
RİH başçısı Mirdaməd Sadıqovun çıxışından sonra iştirkçılar da bir sıra məsələlərdən söhbət açdılar. Dedilər ki, İsmayıllı-İvanovka-Hacıhətəmli asfalt yolu aid qurumların balansına götürülməli, yolda təmir işləri aparılmalı, nəqliyyatın  tənzimlənməsi işarələri qoyulmalı, yararsız elektrik dirəkləri dəyişdirilməli, istifadə müddətini başa vurmuş güc transformatorları yenisi ilə əvəz olunmalı, içməli su təchizatı yaxşılaşdırılmalı, yeni artezian quyusu qazılmalı, məktəbə uşaq bağçasından gəlməyin vacibliyi nəzərə alınaraq məktəbəqədər trəbiyə müəssisəsinin açılması məsələsinə baxılmalı, bələdiyyə kəndarası yolların abadlaşdırılmasına  və vergilərin  toplanmasına diqqəti artırmalıdır.
İrəli sürülən təkliflər, qaldırılan məsələlər RİH-nin başçısı Mirdaməd Sadıqov tərəfindən aid icra ünvanlarına yönəldilib.

Keçidlər