Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “20 Yanvar-Xaqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda rəsm əsərləri sərgisi və ədəbi tədbir keçirilib

17 yanvar 2020 | 16:00

Tədbiri giriş nitqi ilə Rayon İcra Hakimiyyətinin müavini Sevil Əhmədova açaraq Respublikada olduğu kimi İsmayıllıda da 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar silsilə tədbirlərin həyata keçirildiyini bildirib.
Daha sonra Rayon 4 saylı tam orta məktəbin tarix müəllimi Ülvi Şamilov, Rayon Mərkəzi Kitabxanasaının direktoru Könül Baxışova, Rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, Rayon Təhsil Şöbəsinin metodisti Şəfaqət Rəsulov və İsmayıllı Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Hafiz Kərimov çıxış edərək 20 Yanvar Faciəsində baş verən hadisələr və xalqımızın bu faciədə qəhrəmanlıq nümayiş etdirmələri barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.
15 yanvar tarixində keçirilən inşa yazı müsabiqəsində qalib gələn Təzəkənd tam orta məktəbin 11-ci sinif şagirdi Əkbərli Fidan Ramazan qızının qalib olduğu inşa yazısı tədbir iştirakçılarına təqdim olunub.
 Müsabiqə qaliblərinin hər biri tədbirin sonunda mükafatlandırılıb. Tədbir məktəblilərin hazırladığı kampazisiyaya  və rəsm sərgisinə baxışla yekunlaşdırılıb.

Keçidlər