Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda ilk dəfə səs verən gənclərlə keçirilən maarifləndirici görüş.

23 yanvar 2020 | 16:00

23 yanvar 2020-ci il tarixdə  İsmayıllı rayon Gənclər  və İdman idarəsi İsmayıllı Dairə Seçki  Komissiyası ilə birgə  “Azərbaycan gəncliyi 2017-2021- ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə İsmayıllı Peşə Tədris Mərkəzində 70-80 nəfər gəncin,xüsusilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işi aparılıb.
    Maarifləndirici görüş iştirakçılar üçün şirniyyatla bəzədilmiş çay süfrəsi arxasında səmimi diskusiya şəklində həyata keçirilib.
    Tədbiri açıq elan edən İsmayıllı rayon Gənclər və İdman  idarəsinin rəisi            Taleh Salehov çıxış edərək iştirakçılara seçki hüququndan istifadə , gənclərin inkişafı üçün görülən işlər və mövcüd imkanlar, rayonun gələcək inkişafı ilə bağlı planlar haqqında geniş mjəlumat verib.
      Ümumillikdə seçkilərin əhəmiyyəti və vətandaşın rolu,seçki günü şəxsin səsvermədə iştirakı ,ölkənin iqtisadi-siyasi mənzərəsi və əldə edilmiş uğurlar haqqında isə İsmayıllı Dairə Seçki Komissiyasının nümayəndəsi             Hacıməmməd Məmmədov gənclərə, xüsusilə ilk dəfə səsverənlər üçün ətraflı məlumat verib.
      Çıxış edən digər qonaqlar bir daha gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən gənclərin daha geniş sürətdə maariflənməsi, daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsi vacibliyini iştirakçıların nəzərinə çatdırdı. Mövzu ətrafında ilk dəfə səs verən gənclərin sualları cavablandırılıb.
     Maarifləndirmə tədbirləri davam etdirilir.

Keçidlər