Şriftin ölçüsü :

Saytın rəngi :

“Qafqaz Albaniyası. Girdiman dövləti”

31 avqust 2013 | 15:00

Avqust ayının 30-da  İsmayıllı  rayon Tarix Diyarşünaslıq Muzeyi  “Qafqaz Albaniyası.  Girdiman dövləti” adlı tədbir keçirtmişdir.  Tədbirdə  İsmayıllı  Mədəniyyət Turizm şğbəsinin məsul numayəndəsi Quliyev Lətif, İsmayıllı rayon Mədəniyyət evinin müdiri Bayramov Təmuraz , İsmayıllı rayon Mərkəzi kitabxanasının müdiri Ələkbərov Ələddin, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xalıqov Xalıq və rayonun bir çox ziyalıları iştirak etmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Fərəcov Mayıl açmışdır. Tədbirdə  Qafqaz Albaniyası, Girdiman dövləti,  Böyük sərkərdə  Cavanşir  haqqında iştirakçılara məlumat verimiş və onun tariximizdəki əhəmiyyəti barədə söhəbət aparılmışdır. Bundan başqa  tədbirdə Böyük sərkərdə Cavanşir haqında hazırlanmış qısametrajlı sənədli film göstərilmişdir.
Tədbirdə  həmçinin  Rayon Tarix Diyarşünaslıq Muzeyinin yaratdığı Girdiman dövləti(girdimandovleti.jimdo.com) adlı saytın təqdimatı da keçirilmişdir. Saytda Qafqaz Albaniyasının tarixinə aid bir çox məlumatlar, xəritələr, fotoşəkillər, videolar (sənədli film və s.) bir çox vacib bölmələr yerləşdirilmişdir. 
Tədbirin sonunda tarixmizin təbliği və insanların daha çox məlumat almaları üçün bu cür tədbirlərin keçirilməsi və digər vacib fəaliyyətlərin aparılması qərara alınmışdır.

Keçidlər