Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində hesabat yığıncağı keçirilib.

23 yanvar 2020 | 16:00

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində 2019-cu ildə aqrar sahədə görülmüş işlərin yekununa həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Mərkəzin direktor müavini Qinyaz Əkbərov hesabat məruzəsi ilə çıxış etmiş, 2019-cu ildə aqrar sahədə qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Rayonun ümumi əkin sahəsinin 85 %-dən çoxunu  təşkil edən taxılçılıqda qazanılan uğurları diqqətə çatdırdı. Hesabat ilində əvvəlki illə müqayisədə 3394.2 ton çox məhsul istehsal olunduğunu qeyd edib. Eləcə də, 2020-ci ildə aqrar sahədə Mərkəzin qarşısında duran vəzifələrdən və problemlərdən söz açıb. Sonra heyvandarlıq sektorunun müdiri Elsevər Əzizov, bitkiçilik sektorunun müdiri Paşa Məmmədov, Baytarlıq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Mahir Bayramov Rayon Baytarlıq İdarəsinin gördüyü işlərdən danışıb. Bitki Mühafizə Mərkəzinin rəisi Akif Əsədov kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması üçün, eləcə də ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasında fermerlərə göstərilən dəstəkdən danışıb.

Hesabat yığıncağında İsmayıllı RİH başçısı aparatının məsul nümayəndəsi Şahin Hüseynov rayonun aqrar sahəsində olan problemləri xüsusi vurğulayaraq qarşıda duran vəzifələr barədə çıxış edib.
O, aqrar sahənin rayonun ümumi daxili məhsulunda xüsusi yer tutduğunu, həmçinin əhalinin məşğulluğunda mühüm əhəmiyyət daşıdığını vurğulayaraq rayonda kooperasiyaların yaradılmasının, aqrar sığortanın inkişafının, aqrar sahədə müəssisələrin yaradılmasının vacibliyini qeyd edib. 2020-ci ildə daha yüksək nailiyyətlərə çatmaq üçün innovativ metodların, mütərəqqi texnologiyaların, elmin yeni nailiyyətlərinin kənd təsərrüfatına tətbiqinin zəruri olduğunu bildirib.
Hesabat yığıncağında 2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalının bütün növləri üzrə əvvəlki illə müqaisədə gözəçarpacaq nəticələr qazanıldığı və 2020-ci ildə qarşıda duran məsələlərin həlli üçün bütün imkanlardan istifadə olunacağı xüsusi qeyd olunub.

Keçidlər