Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığınçaqı keçirilib

24 yanvar 2020 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 27.12.2019-cu il tarixli 205 saylı Sərəncamına uyğun olaraq “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı icra nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilməsi davam edir.
Təsdiq edilmiş qrafikə əsasən 24.01.2020-ci il tarixində İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında RİH başçısının müavini Mahmud Süleymanov, şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştrak edib.
Müvafiq təlimata əsasən iclasın gündəliyi təsdiq edilib, iclasın sədri və katibi seçilib. 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Məhərrəm Əhmədovun məruzəsi dinlənilib.
Hesabat yığıncağında ziyalılar, ağsaqqallar və şəhər sakinləri görülmüş işlərdən və mövcud problemlərdən danışaraq şəhər icra nümayəndəliyinin fəaliyyətinə öz münasibətlərini bildiriblər. Şəhər nümayəndəliyinin 2019-cu ildəki fəaliyyəti yığıncaq iştirakçıları tərəfindən “kafi” qiymətləndirilib.
Vətəndaşların yığıncaqda qaldırdıqları həlli vacib olan məsələlər, mövcüd olan sosial-iqtisadi problemlər dinlənilmiş və həlli yolları araşdırılıb.
Hesabat yığıncağında iştrak edən RİH başçısının müavini M.Süleymanov çıxış edərək İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin işdə yol verdiyi nöqsanlardan, qarşıda duran vəzifələrdən danışaraq tövsiyyələrini bildirib.

Keçidlər