İtkin şəhid Əkbərov Xəqani haqqında “Gözlər yoldan yığılarmı...” kitabının təqdimatı olub
Əkbərov Xəqani Eyvaz oglu 25 yanvar 1968-ci ildə İsmayıllı rayonunun Gəraybəyli kəndində anadan olub. 1975-1985-ci iliərdə Gəraybəyli kənd orta mətəbində oxumuş sonra “Rusiya “ sovxozunda inşaat briqadasında fəhlə işləmiş 1986-1988-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdıb Bakı şəhərində Yusif Qasımov adına maşınqayırma zavodunda işləməyə başlamış və orada işləyə-işləyə Neft Akademiyasının axşam şöbəsinin neft mexanika fakultəsinə qəbul olunmuşdur. 1993-cü ilin oktyabrında baxmayaraq ki institutun 3-cü kursunda oxuyurdu könüllü olaraq Qarabağ döyüşlərində iştirak etmək üçün Sabuncu rayon hərbi komisarlığına ərizə ilə müraciət edərək Sabuncu batalyonunun kəşviyatçı bölməsinə yazılır. 2 ay hərbi təlim keçdikdən sonra Ağdam rayonunun Güllücə kəndində olan 190 nömrəli hərbi hissədə xidmətə başlayır. Orada Ağdam rayonunu bir çox kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir . Son döyuşü 1993-cü ilin dekabr 25 Bəyəhmədli kəndində gedən döyüşlər uğrunda olur və həmin döyüşlərdə 28 dekabr tarixində itkin düşüb.
O vaxtdan 26 il keçməsinə baxmayaraq hələdə onun haqqında heç bir dəqiq məlumat əldə olunmamışdır. Onun haqqında “Xatirə kitabi” redaksiyasının heyyəti tərəfindən çap olunmuş “Gözlər yoldan yığılarmı...” kitabının 2019-cu ilin sentyabr ayının 27-də Bakıda Əl oyunları sarayında Mətbuat Şurasının təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib.
Həmin tədbirlərin davamı olaraq 2020-ci ilin 25 yanvarında şəhidin anadan olduğu gün və ona həsr olunmuş kitabın təqdimat mərasimi onun oxuduğu Gəraybəyli kənd tam orta məktəbinin iclas zalında “Xatirə kitabi” redaksiyasının redaktoru və redaksiya əməkdaşları eyni zamanda kitabın müəllifi yazıçı, şair publisist Nəzirməmməd Zöhrablı və rayonumuzun ziyalıları iştirak ediblər.