Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində tədbirlər davam etdirilir.

15 fevral 2020 | 16:00

14.02.2020 - ci il tarixdə A.Aslanov adına İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə şəhid Cəlal Rüsmov və Mikayıl Vahabzadənin xatirəsinə həsr olunmuş “Vətən mənə oğul desə" adlı gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirici tədbir keçirilib. Tədbirdə RİH - nın əməkdaşı        N.Kərimov, RTŞ - nın metodisti R.Mirzəliyeva,  Qarabağ qaziləri K.Dadaşov, N.Əhmədov, Ş.Əsgərov, şəhid Cəlal Restəmovun və şəhid Mikayıl Vahabzadənin ailə üzvləri, məktəbin şagirdləri və müəllimləri  iştirak ediblər.
         Tədbirdə hər iki şəhid Cəlal Rüsmov və Mikayıl Vahabzadə haqqında məlumatlar və video roliklər nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər səsləndirilib və mahnılar ifa olunub.
         Cıxış edənlərin hər biri gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunması istiqamətində müxtəlif fikirlər səsləndirərək bu günki gənc nəsli vətənpərvər olmağa çağırıblar.

Keçidlər