Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərə salam!

18 fevral 2020 | 16:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 17 yanvar 2020-ci ildə “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına başlayıb. Aksiyanın məqsədi, könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir. "Əsgərə Salam !"aksiyasına İsmayıllı rayon Gənclər və İdman idarəsi ilə birgə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin,İsmayıllı Peşə Tədris Mərkəzinin müəllim və tələbə kollektivi də qoşulub.

Keçidlər