Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımına həsr olunmuş rəsm və inşa yazı müsabiqəsi

20 fevral 2020 | 16:00

20 fevral 2020-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi İsmayıllı rayon Təhsil şöbəsi və Heydər Əliyev Mərkəzi ilə birgə ”Xocalı Soyqırımı”na həsr olunmuş  “Qəmlə yazılmış səhifəm mənim” mövzüsunda rəsm və inşa-yazı müsabiqələri keçirmişdir.Tədbirdə İsmayıllı rayon RİH-nın əməkdaşı Namiq Kərimov,Təhsil şöbəsinin meteodistləri Ülviyyə Zeynalova, Rəna Mirzəliyevavə  və  aparıcı-məsləhətçisi Ramiz Baloğlanov iştirak edib.
İlk öncə Xocalı Soyqırmı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib və faciə qurbanlarına həsr edilmiş bədii kompazisiya nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov qeyd edib ki, insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini tarixi düşmənlərimizin təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
Çıxışlarda qeyd olunub ki, bu qanlı gecədə ermənilərin törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi.
Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir.
Tədbir gənclərin Xocalı Soyqırımında törədilmiş dəhşətləri özündə əks etdirən rəsmlərinə baxış keçirilməklə davam etdirilmiş, ardınca isə, inşa-yazı müsabiqəsi keçirilmişdir. Rəsm müsabiqəsində 3 saylı məktəb-liseyin şagirdi Mirzəyeva Nəzrin birinci yerə, Tircan kənd tam orta məktəbin şagirdi Eyvazova Rəna ikici yerə və 7 saylı tam orta məktəbin şagirdi Babazadə Könül isə üçüncü yerə layiq görülmüşdür. Qaliblər rayon Gənclər və İdman idarəsinin diplomları və medalları ilə  təltif olunublar.İnşa-yazı müsabiqəsi qalibləri isə yoxlama komissiyası tərəfindən müəyyən ediləcəkdir.

Keçidlər