Şriftin ölçüsü :

Saytın rəngi :

Dini icmalar və din xadimləri ilə görüş Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunub.

21 fevral 2020 | 16:00

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq normalarını pozaraq şəhərə zirehli texnika yeritmiş, şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilmişdir. Hücum nəticəsində 487 dinc sakin yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Şəhər tamamilə dağıdılmışdır.
            Misili görünməmiş bu soyqırım hadisəsindən 28 il keçir.Lakin Xocalı faciəsi heç vaxt unudulmur,onun ağrı-acıları bizimlə yaşayır.
            Fevral ayının 21-də RİH-nin və “Cümə” məscidinin birgə təşkilatçılığı ilə faciənin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Dini icmaların və din xadimlərinin iştirakı ilə keçirilən tədbiri Qafqaz Müsəlmanları  İdarəsinin səlahiyyətli nümayəndəsi Vasif Teymurov açmışdır.
           Tədbirdə iştirak edən RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nin Şamaxı bölgəsi üzrə nümayəndəsi Elnur Mehdiyev çıxış edərək faciənin mahiyyəti,erməni vandalizmi barədə tədbirə toplaşanlara ətraflı məlumat vermiş, faciənin soyqırımı kimi tanıdılması istiqamətində aparılan dövlət siyasəti barədə danışmışlar.
           Din xadimlərindən bir neçə nəfəri çıxış edərək ermənilərin insanlığa sığmayan əməllərini lənətləmiş, qisas gününün yaxın olduğunu bildirmişlər.
          Sonda Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq ictimaiyyətə, dünya parlamentlərinə müraciəti oxunmuşdur.

Keçidlər