Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə işçilərinin toplantısı Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunub

22 fevral 2020 | 16:00

22 fevral  2020-ci il tarixdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nəsimi Teymurov və səhiyyə işçiləri iştirak edib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov,  Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş direktoru Vidadi Rəhimov, baş direktor müavini Abdullətif Maqsudov tədbirdə çıxış edərək, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar. Bildirilib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.Diqqətə çatdırılıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.Sonda Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunub.

Keçidlər