Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Xocalı Soyqırımından bəhs edən Xoca filmi tamaşa ediblər.

21 fevral 2020 | 16:00

Gənclər Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə Xocalı Soyqırımından bəhs edən “Xoca” filminə tamaşa ediblər. Film öncəsi İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru  İsmayıl Faxtıyev gənclərə Xocalı Soyqırımı haqqında məlumat verib. O bildirib ki, Xocalı faciəsi hər bir Azərbaycan gəncinin, ümümilikdə bütün Azərbaycanlıların facisədir. Tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətdir. 
Qeyd edək ki, Xocalı faciəsinin dəhşətlərindən bəhs edən ekran əsəri Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə çəkilib.

Keçidlər