İsmayıllıda İcbari Tibbi Sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
28 fevral 2020-ci il tarixdə Mərkəzi Uşaq Kitabxanasında Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İcbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi barədə məlumatlandırmaq olub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini Abdullətif Maqsudov, rayonun idarə və müəsissələrinin əməkdaşları iştirak edib. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov çıxış edərək ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatlarından danışıb. İslahtların davamı kimi Respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini, icbari tibbi sığortanın əhalinin səhiyyə xərclərini azaldacığnı, səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq olacağını vurğulayıb.
Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini Abdullətif Maqsudov son illər ölkəmizdə bir sıra tibb müəssisələrinin inşa və əsaslı təmir olunduğunu, maddi-texniki bazanın gücləndirildiyini, mövcud avadanlıqların bərpası və yenilərinin alınmasını diqqətə çatdırıb. O bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.
Digər çıxış edən tibb sahəsi üzrə koordinatorlar Günay Zeynalova, Gülnarə Mürsəliyeva icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş şəkildə məlumat veriblər. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddır.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.