İsmayıllıda koronovirusa qarşı profilaktik tədbirlər görülür
İsmayıllıda koronovirus xəstəliyinə qarşı mübarizə tədbirləri-profilaktiki işlər geniş miqyasda aparılır. Bütün təhsil müəssisələrini, idman zallarını, Olimpiya İdman Kompleksini, idman qurğularını, insanların daha çox toplaşdığı qapalı yerləri bu tədbirlər əhatə edəcəkdir.
Bu məqsədlə İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi Respublika GEM-dən lazımi dizinfeksiyaedici maddələri və avadanlıqları gətirmiş, işə başlamışdır. Rayon GEM-i dizinfeksiya tədbirlərini aparmaq üçün 3 briqada yaratmış və briqada üzvləri təlimatlandırılmışdır. 03 mart 2020-ci il tarixdə şəhər 1,2,3,4,5,6 və 7 saylı tam orta məktəblərdə, Peşə Tədris Mərkəzində, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində, uşaq incəsənət məktəbində,4 mart 2020-ci il tarixdə İvanovka-Mollaisaqlı, Kürdmaşı-Qubaxəlilli, Topçu-Qalacıq zonalarındakı tam orta məktəblərin binalarının bütün sahələri əhatə edilməklə dezinfeksiya işləri aparılıb. Dərslər başlananadək bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin başa çatdırılması təmin ediləcəkdir.