Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Bədən tərbiyəsi və idman günü” qeyd olunub.

05 mart 2020 | 16:00

İsmayıllı rayonunda 5 mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə İsmayıllı Rayon Gənclər Mərkəzində rayon idmançıları ilə  tədbir keçirilib. Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbir iştirakçılarını salamlayıb ,bayram münasibəti ilə təbrik edib .Dövlətin,ölkə Prezidentinin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Digər sahələrdə olduğu kimi, idman sahəsində də İsmayıllı  idmançılarının özünəməxsus yeri olduğunu vurğulayıb, bildirib ki, 4 mart 2004-cü ildə Azərbaycan Respublikasının  Prezdenti cənab İlham Əliyev tərəfindən fərman imzalanmış, “5 mart -Bədən tərbiyəsi və idman günü” kimi  təsis edilmişdir.

Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış edərək idman sahəsində işləyən müəllimləri və idmançıları 5 mart Bədən tərbiyəsi və idman günü münasibətilə təbrik edib.
İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Xamis Bədəlov çıxış edərək, idmançıları təbrik edib, rayonda idmanın gələcək inkişafı barədə danışıb.
Sonda rayon və respublika miqyaslı yarışlarda uğur qazanmış idmançılar Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
   Həmin gün İsmayıllı rayon Gənclər və İdman İdarəsinin  kollektivi Diyallı kənd sakini, veteran cüdoçu, sanboçu, pəhləvan, səhhətində bəzi problemlər yaranmış Hikmət Əhmədovun evinə gedib,ona baş çəkib. Hikmət Əhmədov minnətdarlığını ifadə edib, dövlətimizin idmana və idmançılara həmişə diqqət və qayğı  göstərdiyini bildirib. Pəhləvan Azərbaycanla yanaşı, Fransa, Özbəkistan,Türkmənistan və s. ölkələrdəki çıxışlarından danışıb. Öz fövqəltəbii gücü ilə hər kəsi təəccübləndirən idmançımız tezliklə ayağa qalxacağını və yenidən bu idmanın inkişafına böyük dəstək verəcəyini bildirib. Gənclər və İdman idarəsi pəhləvan Hikmət Əhmədovu Fəxri fərmanla təltif edib.

Keçidlər