Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti nümayəndə günü keçirilib

06 mart 2020 | 16:00

Rayon İcra Hakimiyyəti başçısı aparatının həftəlik tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib. RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamladıqdan sonra iclası açıq elan edərək gündəlikdə duran məsələlərlə onları tanış edib.
İclasda İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev çıxış edərək 2020-ci ilin yaz aylarında ərazilərdə tütün əkilməsi üçün sahələrin ayrılması və ştilliklərin salınması, yeni fındıq bağlarının salınması və barama saxlanılması üçün hazırlıq işlərinin görülməsinin vacibliyini bildirib.
R.Səmədov Novruz bayramı ilə əlaqədar nümayəndəliklərdə tərtib edilmiş iş planına əsasən tədbirlərin keçirilməsindən danışaraq ərazilərdə, yol kənarlarında təmizlik işlərinin görülməsi, magistral yol kənarlarında ağacların gövdələrinin əhənglənməsi işinin təşkil edilməsini,  bütün ərazilərdə bu istiqamətdə iməciliklərin təşkil olunmasını bildirib və İƏD üzrə nümayəndələrə müvafiq tapşırıq və tövsiyyələrini verib.
Gündəlikdə duran digər məsələ lə əlaqədar İƏD üzrə nümayəndəliklərin ərazisində sığorta olunmuş əmlakın vəziyyəti təhlil edilmiş və məlum olmuşdur ki 01 mart 2020-ci il tarixə rayon ərazisində 21425 yaşayış evindən 1168 əmlak sığortalanmışdır ki, bu da ümumi evlərin 5.45% təşkil etmişdir. Aşıqbayramlı, Həftəsov, Mürdi, Gəraybəyli, Kəlbənd və Bizlan kənd İƏD üzrə nümayəndəliklərdə sığorta işinin təşkilinə ögey münasibət göstərildiyi qeyd olunmuşdur. Əmlakın sığortalanması istiqamətdə tədbirlərin görülməsi nümayəndələrə ciddi tapşırılıb.
“Nümayəndə günü” iclasında RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndə M.Əhmədov, Lahıc qəsəbə İƏD üzrə nümayəndə Ə.Əlizadə, Talıstan kənd İƏD üzrə nümayəndə S.Şirəliyev və başqaları çıxış ediblər.

Keçidlər