Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İcra Hakimiyyətində İƏD (İnzinati Ərazi Dairələri) üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə görüşüb.

12 mart 2020 | 16:00

Görüşdə RİH başçısı Nahid Bağırov əhali ilə daha sıx təmasda olmağı, xüsusi ilə aztəminatlı ailələri diqqətdə saxlamağı tapşırıb. Qeyd edib ki, kəndlərdə olan problemlər ətraflı araşdırılaraq hər bir kənd üzrə ayrı-ayrılıqda inkişaf planı hazırlanmalı, təkliflər verilməlidir.

Rayonun İsmayıllı şəhəri, Basqal və Lahıc qəsəbələrinin, İvanovka və başqa kəndlərinin İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri ərazilərində görülmüş və nəzərdə tutulmuş işlər barədə məlumat veriblər.

Nahid Bağırov bələdiyyələrin Azərbaycan Respublikasının Qanunlarına uyğun elan olunmuş qrant müsabiqələrində iştirak etmələri üçün layihələrin hazırlanması sahəsində maarifləndirici  tədbirlərin, treninqlərin təşkilinin vacibliyini bildirib.

RİH başçısı nümayəndə və bələdiyyələrə bundan sonrakı fəaliyyət istiqamətləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Keçidlər