İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub.
12 mart 2020 | 16:00
Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb. İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agenliyinin sədri Mirzə Əliyev iştirak ediblər.
Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatları və payızlıq əkinləri bəyan etmiş 200 fermerə "Fermer kartı" təqdim olunub.
RİH başçısı Nahid Bağırov tədbirdə kənd sakinləri ilə görüşərək onların problemləri və qayğıları ilə maraqlanıb.