İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun vətəndaşlarla qəbulu davam edir.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının qəbul günü həftənin çərşənbə günü olmasına baxmayaraq, başqa günlərdə gələn hər bir vətəndaş qəbul edilir.
13.03.2020-ci il tarixində Nahid Bağırov bir qrup İvanovka kənd sakinini qəbul edib. Qəbulda sakinlər İvanovka kolxozunun son vəziyyəti və kəndin bir sıra problemlərini başçının diqqətinə çatdırıblar.
RİH başçısı sakinlərə bildirib ki, İvanovka kolxozu həmişə dövlətin diqqətindədir. Bundan sonra da kolxoza diqqət və qayğı artırılacaqdır. İvanovka kəndində turizmin inkişafı üçün də işlər görüləcəkdir. Bütün bunlar isə kəndin ümumi inkişafına, kənd sakinlərinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət göstərəcəkdir.
RİH başçısı İvanovka kənd sakinlərindən başqa qəbula gəlmiş 10-dan çox vətandaşı da qəbul edib. Qəbulda vətandaşların müraciətlərini və təkliflərini dinləyib, bəzi məsələlərin həlli ilə bağlı yerində tapşırıqlar verib. Bəzi problemlərin həlli üçün isə araşdırılmasını nəzarətə götürüb.
Rayon sakini sahibkar Əli Osmanlının turizm obyektinin yaradılması ilə bağlı təklifını layihə formasında hazırlayıb təqdim edilməsini tövsiyə etdi.