İsmayıllıda bir qrup ehtiyacı olan ailələrə bayram sovqatı göndərilib
Azərbacan xalqının mənəvi dəyərli sırasında Novruz bayramı özünəməxsus yer tutur. Bu bayram bütün bölgələrdə, eyni zamanda İsmayıllıda da yüksək səviyyədə qeyd olunur. Bayramla əlaqədar bir qrup ehtiyacı olan ailələrə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bayram sovqatı göndərilib, onların bayramı təbrik edilib.
Martın 16-dan etibarən İcra Hakimiyyətinin əməkdaşları ehtiyacı olan ailələrdə olub, bu ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları verilməklə yanaşı onların ehtiyacları öyrənilib, onlara müvafiq köməklik göstərmək nəzərdə tutulub.
Həyata keçirilən bu cür tədbirlərin əsas məqsədi vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə vermək , onları qayğı ilə əhatə etmək əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaqdır. Hər bir Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, sosial problemlərinin həlli ölkə rəhbərinin diqqət və qayğısı ilə əhatə olunub.