İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tibb işçiləri ilə görüşüb, Koronavirusa yoluxmanın qarşısının alınması ilə əlaqədar görülən işlərlə tanış olub.
Ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 20 mart 2020-ci il tarixdə İsmayıllı Rayon İcra başçısı Nahid Bağırov koronavirusla mübarizə tədbirləri ilə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin əməkdaşları ilə görüşüb.
Görüşdə qeyd edib ki, koronavirusa yoluxmanın qarşısının alınması ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən aparılan qabaqlayıcı tədbirlər nəticəsində xəstəliyin ölkəmizdə kütləvi yayılmasının qarşısı alınıb. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Bunlar dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının daha etibarlı qorunması naminə müəyyən etdiyi vəzifələrdir. Azərbaycanın dinamik iqtisadi inkişafı səhiyyə işçilərinə bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacaqdır. Ölkə başçısının koronavirusla mübarizədə iştirak edən tibb işçiləri ilə bağlı sərəncamı, həmçinin səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və dövlət tərəfindən maliyyə vəsaitlərinin ayrılması bunun bariz nümunəsidir.
RİH başçısı tibb personalları ilə koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsinin nə qədər əhəmiyyətli və vacib olduğu haqqında söhbət aparıb. Bildirilib ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycana müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirilib və müvafiq tibb müəssisələrinə verilib. Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir. Bununla bağlı, yaradılmış şəraitlə tanış olmaq üçün yoluxucu xəstəliklər şöbəsində xüsusi manitorların, süni tənəffüs aparatı və oksigenlə təmin olunmuş xüsusi palataya baxış keçirib. Xəstəxananın əməkdaşları tibb işçilərinə göstərdiyi xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq və təşəkkürlərini bildiriblər.
RİH başçısı xidmətdə olan xəstəxana işçilərini Novruz Bayramı münasibət ilə də təbrik edib.