Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya Səfiri İsmayıllıda

07 sentyabr 2013 | 15:00

Sentiyabr ayının 6-də Yaponiyanın Azərbaycandakı Səfiri Şusuke Vatanabe İsmayıllıya səfər etmişdir. İsmayıllı şəhər 1 saylı tam orta məktəbin şagirdləri Yaponiyanın İto şəhərinin məktəblilərinə məktub yazmışlar. Onların cavab məktubunu və yeni məktubları cənab səfir səfəri zamanı rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Yeni tanışlıq üçün yazılan məktublar şagird müəlliflərin şəkilləri, məktəblərin yerləşdiyi ərazilərin xəritələri ilə müşaiyət olunur.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun səfir Şusuke Vatanabe ilə görüşündə İto şəhəri ilə İsmayıllı şəhəri arasında dostluq münasibətlərinin inkişafı yollarından söhbət getmişdir.
Səmimi qarşılanma üçün cənab səfir təşəkkür etmişdir.

Keçidlər