Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı YAP könüllüləri “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyasına qoşulub

22 mart 2020 | 16:00

Ölkə Prezidenti Cənab İlham Əliyevın Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində irəli sürülən vəzifələrə və bununla bağlı Yeni Azərbaycan Partiyasının icra Katibliyinin tövsiyyələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının bir qrup könüllüsü “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyasına qoşulub. Gənc könüllülər tənha, ahıl, qayğıya ehtiyacı olan rayon sakinlərinə baş çəkərək, onlara yoluxucu xəstəlikdən qorunmaları üçün gigiyenik vasitələr aparıblar. Qayğıya ehtiyacı olan yaşlı insanlara və həmçinin şəhər əhalisi arasında koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə ətraflı məlumat veriblər. Görüşlərdə rayon sakinləri cənab Prezidentimizə daim vətəndaşlara göstərdiyi diqqət və qayğılarına, Koronavirus pondemiyasına qarşı dövlətin qabaqlayıcı mübarizə tədbirləri həyata keçirdiyinə görə təşəkkürlərini bildiriblər.

Keçidlər