Lahıc qəsəbəsində dezinfeksiya işləri görülüb.
23.03.2020-ci il tarixində, koronavirusla mübarizə çərçivəsində Lahıc qəsəbə ərazisində və Ərəgit kəndində turistlərin əsasən hərəkət istiqamətləri üzrə, həmçinin vətəndaşların istifadə etdiyi küçə və meydanlarda İsmayıllı rayon Gigiyeniya və Epidemiologiya mərkəzinin, İsmayıllı rayon Mərkəzi xəstəxanasının və İsmayıllı rayon Polis idarəsinin əməkdaşlarının dəstəyi ilə birgə tədbirlər həyata keçirilib.
Görülən tədbirlər çərçivəsində Lahıc qəsəbəsinin Nizami Hüseynov küçəsi və Ərəgit kəndinin mərkəzi küçəsi , bir sıra idarə və müəssisələrin inzibati binaları, sosial obyektlər, əhalinin daima istifadəsində olan küçə və meydanlar, marketlərin giriş hissələri xüsusi dərman pereparatı ilə dezinfeksiya edilib.
İsmayıllı rayon Mərkəzi xəstəxanasının əməkdaşları tərəfindən virusa yoluxma risqinin azaldılması ilə əlaqədar əhali ilə maarifləndirici söhbətlər aparılıb. Əhaliyə tibbi maska və əlcəklərdən istifadənin zəruriliyi, gigyena qaydaları və insanlarla təmasdan uzaq durmaq kimi vacib məsələlər izah olunub.