Şriftin ölçüsü :

Saytın rəngi :

Basqal və İvanovkada dezinfeksiya tədbirləri həyata keçirilmişdir

24 mart 2020 | 16:00

Bu gün “COVID-19”la mübarizə məqsədi ilə İsmayıllının Basqal qəsəbəsi və İvanovka kəndində Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Qeyd olunan ərazilərin idarə, müəssisə və təşkilatlarının inzibati binalarında, o cümlәdәn icra nümayəndəliklәri, ATS, poçt, kitabxana vә mədəniyyət evlәrində xüsusu dərman pereparatları vasitəsi ilə dezinfeksiya işləri aparılmışdır.
Bu işlərə kəndin mərkəzi küçə, kafe, ticarət və iaşə obyektləri də cəlb olunmuşdur.
Sakinlər virusa yoluxma risqinin azaldılması istiqamətində maarifləndirilmiş, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarlarına əməl edilməsi tövsiyə olunmuşdur.

Keçidlər