İsmayıllı rayonun kəndlərində dezinfeksiya tədbirləri davam edib
İsmayıllı rayonunda koronovirus (COVİD-19) virusunun yayılmasının qarşısının alınması məqsədi ilə rayonun bir sıra yaşayış məntəqələrində dezinfeksiya tədbirləri davam etdirilib. Bu məqsədlə 24 mart 2020-ci il tarixdə İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzininn əməkdaşları tərəfindən rayonun Qalagah, Qalınçaq, Qurbanəfəndi, Xankəndi, Quşencə, Keyvəndi, Soltankənd, Ruşan, Qalacıq, Aşıqbayramlı, Topçu, Mollaisqlı, Xanagah, Tircan və Sumağallı kəndlərində dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların inzibati binalarında, yaşayış məntəqələrinin mərkəzi və əhalinin daha çox istifadə etdiyi meydan və küçələrində, ticarət və iaşə obyektlərində xüsusi dərman pereparatlarından istifadə olunmaqla həyata keçirilib. Bundan əlavə bütün yaşayış məntəqələrində gigiyenik qaydalara və Nazirlər kabineti yanında operativ Qərargahın qəbul etdiyi qərarlara əməl edilməsi barədə əhali arasında maarifləndirmə tədbirləri də aparılıb. Əhalinin sağlamlığının qorunması məqsədi ilə bu kimi tədbirlər davam etdirilir.