Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni tələbələrlə təntənli görüş

07 sentyabr 2013 | 15:00

İsmayıllı tam orta məktəblərini bu il bitirmiş məzunların 325 nəfəri müvəffəqiyyətlə imtahan verib tələbə adını qazanmışdır. Onların 21 nəfəri 600-dən çox, 52 nəfəri isə 500-600 arası bal toplamışdır. 3 məktəb  “Ən yaxşı məktəb” və 4 nəfər müəllim “Ən yaxşı müəllim” nominasiyasında qalib gəlmişdir.
Təzəkənd tam orta məktəbinin 3 məzunu, Lahıc qəsəbə tam orta məktəbinin bir məzunu Qızıl medala layiq görülmüşdür. Şəhər 1 saylı tam orta məktəbi qəbul imtahanlarında ən yüksək nəticə göstərmişdir.
6 sentyabr 2013-cü il tarixdə rayon İcra Hakimiyyəti bu və digər çoxsaylı nailiyyətlərə əsaslanaraq təhsil bayramı səviyyəsində “Röya” şadlıq sarayında 550 nəfərin iştirakı ilə təntənəli görüş keçirmişdir.
600-dən yuxarı bal toplayanlara qiymətli hədiyyələr, 500-600 arası bal toplayanlara pul mükafatı, 3 nəfər ehtiyaclı tələbəyə xüsusi mükafat vermişdir.
Müğənni Kamilə Nəbiyeva həzin muğam və mahnıları ilə tələbələrin qəlbini oxşamışdır.
Məclis iştirakçıları bir daha öz inamlarında düzgün olduqlarını yəqin etmişlər! hər bir Azərbaycan gəncinin  həyatının təminatçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

Keçidlər