Yanğından zərər çəkmiş vətəndaşa yardım olunub
26 mart 2020 | 16:00
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları 23 mart 2020-ci il tarixdə baş vermiş yanğından zərər çəkmiş İsmayıllı şəhər sakini Elşən Hacıyevin ailəsini ziyarət edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin zəruri ərzaq məhsulları və ev əşyalarından ibarət yardımı təqdim edilib. İsmayıllı Rayon İcra Hakimiyyəti ailənin müvəqqəti məskunlaşdığı yaşayış evinin 2 aylıq kirayə haqqını ödənilməsini öz üzərinə götürüb.
Ailənin başçısı Qızıl Aypara Cəmiyyətinə və İsmayıllı Rayon İcra Hakimiyyətinə göstərilən köməkliklərə görə minnətdarlığını bildirib.
Məlumat üçün bildiririk ki, yaşayış evi əvvəlcədən icbari qaydada sığortalı olmuşdur.