Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda virusla (COVİD-19) yoluxma hallarının qarşısının alınması istiqamətində mübarizə tədbirləri davam edib

27 mart 2020 | 16:00

Bu məqsədlə 26-27 mart 2020-ci il tarixlərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Talıstan, Təzəkənd, Kürdmaşı,  Diyallı,  Keyvəndi, Cülyan,  Müdri,  Həftəsov,  Zərnava və Əhən kəndlərində dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri yaşayış məntəqələri ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların inzibati binalarında, əhalinin daha çox istifadə etdiyi küçələrdə, ticarət və iaşə obyektlərində xüsusi dərman pereparatlarından istifadə olunmaqla həyata keçirilib. Bundan əlavə yaşayış məntəqələri ərazisində yaşayan sakinlər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarlarla tanış edilib və onlara müəyyən edilmiş məhdudiyyətlərə əməl etmələri bildirilib. Lahıc qəsəbəsində və Zərnava kəndində sakinlərə virusdan qorunmaq məqsədi ilə hazırlanmış bukletlər paylanıb, mərkəzi küçələrə təlimatlar vurulub. Müvafiq tədbirlər davam etdirilir.

Keçidlər