Basqal qəsəbəsində xeyriyyəçilik tədbiri keçirilib
30 mart 2020 | 16:00
Xeyirxahlıq - nəciblik, mərhəmət, şəfqət və ailəcənablıq deyil, xeyirxahlıq hər şeydən öncə mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir. Məhz bu dəyərləri özündə birləşdirməyi bacarmış şəxs kamil insan sayıla bilər. Dahilərdən birinin fikrincə, xeyirxahlıq - artığı ziyan verməyən bir əməldir.
Hal-hazırda bütün dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyasının tüğyan etdiyi bir zamanda insanların bir-birinə xeyirxahlığı daha vacibdir.
İsmayıllı rayonunun Basqal qəsəbəsində qəsəbədən olan iş adamı İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə qəsəbənin yaşlı, xəstə və aztəminatlı ailələrinə ərzaq və maddi yardımla kömək edib. Bu xeyirxah yardımdan 67 ailə bəhrələnib.