Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Koronovirus infeksiyasına qarşı tədbirlər davam etdirilir.

30 mart 2020 | 16:00

Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər İsmayıllı rayonunda da davam etdirilir.
        İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə gənc könüllülər rayon ərazisində insanların çox istifadə etdikləri bankomatları və onlayn ödəmə terminallarının dezinfeksiyasını həyata keçirirlər. Gənclər bu addımla  insanları öz sağlamlıqlarına ciddi yanaşmağa və karantin rejiminə əməl olunmalarına çağırıblar. Hazırda rayonda dezinfeksiya işləri  və maarifləndirmə tədbirləri davam etdirilir.
Bundan əlavə kornovirusla mübarizə tədbirləri çərçivəsində rayon üzrə yaradılmış 154 mobil qrup fəaliyyət göstərir. Bu qrupların fəaliyyətinin əsas məqsədi insanların məcburiyyət olmadığı təqdirdə çölə çıxmamaq və karantin qaydalarına əməl etmək barədə maarifləndirmə işi aparmaqdır. Qrupların fəaliyyətinə rayonun İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləridə  köməklik göstərir.

Keçidlər