Elan
31 mart 2020 | 16:00
Elan
Hörmətli sakinlər.
İsmayıllı Rayon İcra Hakimiyyəti və Mərkəzi Xəstəxana Publik Hüquqi şəxs tərəfindən "evdə qal" kompaniyasına dəstək məqsədilə güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşların ünvanlarında təmin olunması barədə qərar qəbul olunmuşdur. Odur ki, yaşayış evlərinizi tərk etməyə ehtiyac yoxdur. Bununla əlaqədar RİH başçısının yerli icra hakimiyyəti nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik.