“Fəal Ailəm, Sağlam Aləm”
08 sentyabr 2013 | 15:00
7 sentyabr 2013-cü il tarixdə Milli Olimpiya Kompleksinin hazırladığı “Fəal Ailəm, Sağlam Aləm” layihəsinin əsasında İsmayıllı Olimpiya İdman Kompleksində gənc ailələrin yarışı keçirilmişdir.
2 ailə Bakı şəhərindən gəlmiş və Qurbanəfəndi kənd bələdiyyəsinin sədri Kamil Allahverdiyevin, Cülyan bələdiyyəsinin sədri Pərviz Əliyevin ailələri də onlara qoşularaq maraqlı yarış keçirmişlər.
Kamil Allahverdiyevin ailəsi yarışda qalib gəlib mükafat almışdır. 300 nəfərdən çox iştirakçı Olimpiya hərəkatını genişləndirməyə xidmət edən belə layihədən razı qaldıqlarını alqışlarla bildirmişlər.