İsmayıllı rayonunda daxili imkanları hesabına tibbi maska və spirt istehsalına başlanılıb, əhaliyə pulsuz paylanılır.
Koronavirus (COVID 19) infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, İsmayıllı rayonu ərazisində profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən gücləndirilmiş iş rejimində davam etdirilir.
01 aprel 2020-ci il tarixindən etibarən İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbüsü və İsmayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə əhalini tibbi maskalarla təmin edilməsi üçün Peşə Tədris Mərkəzinin könüllüləri tərəfindən tibbi maskalar hazırlanıb. Gün ərzində 250 ədəd istehsal olunan tibbi maskalar sterilizə edilərək İsmayıllı Rayon Gənclər və İdman idarəsinin əməkdaşları və İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri tərəfindən əhaliyə pulsuz paylanılıb. Tam steril şəraitdə tikilən maskalar pambıq parçadan hazırlanır.
Məlumat üçün bildiririk ki, əhalinin ehtiyaclarını ödəmək üçün rayonda tibbi spirt istehsalına da başlanılıb və qablaşdırılaraq pulsuz paylanılır.
İsmayıllı Peşə Tədris Mərkəzinin koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi cənab Prezident İlham Əliyevin “Biz bir yerdə güclüyük” çağrışı, vətəndaşlarımız arasında həmrəyliyin, milli birliyin bariz nümunəsidir.
“Evdə qal, özünü və yaxınlarını qoru” aksiyası, görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən biri olmaqla, insanlar arasında sosial məsuliyyəti, dövlət–vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.
Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər.
Koronavirus infeksiyasına qarşı aparılan tədbirlərdə rayonun bütün idarə və təşkilatlarının könüllüləri yaxından fəal iştirak edir.
VİDEO-1 VİDEO-2 VİDEO-3 VİDEO-4 VİDEO-5