İsmayıllıda bütün tədbirlərdə məqsəd vətəndaşların sağlamlığının qorunmasıdır
İsmayıllıda bütün tədbirlərdə məqsəd vətəndaşların sağlamlığının qorunmasıdır
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq İsmayıllıda vətəndaşların sağlamlığının qorunması üçün ardıcıl tədbirlər həyata keçirilir. Görülən tədbirlərdən “Evdə Qal” aksiyası bir çox işlər aparılsada, vətəndaşlar xəstəxanalardan və bank xidmətlərindən məcburiyyət qarşısında istifadə etməli olurlar.
Bunları nəzərə alaraq İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə Rayon Mərkəzi Xəstəxanasına, Kapital Bankın İsmayıllı flialına və vətəndaşların intensiv gəldiyi başqa təşkilatlara məsafədən istilik ölçən çihazlar gətirilərək verilmişdir. Eyni zamanda vətəndaşların banka gəlmə səsblərini azaltmaq üçün onlara kənd təsərrüfatına aid subsidya kartlarını poçt şöbələri vasitəsi ilə evlərində verilməsinə başlanılıb.
Həmçinin RİH başçısının tövsiyəsi ilə həmin təşkilatların qarşısında növbə gözləyən insanların karantin qaydalarına əməl etmələrinə nəzarət olunur.
Bütün görülən təbirlərdə məqsəd vətəndaşların sağlamlığının qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasıdır.