Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

02 aprel 2020 | 16:00

Bu günkü onlayn dərslər Aprel zəfərinə  həsr edilib. İsmayıllı rayonun ümumtəhsil məktəblərinin müəllimləri onlayın dərslər vasitəsilə şagirdlərə tarixin yaddaşından  heç vaxt silinməyəcək Şanlı Aprel zəfərində qüdrətli ordumuzun qələbəsindən və   Aprel döyüşlərində azad olunmuş ərazilər, yüksəkliklər barədə ətraflı  məlumat verilib. Şəhidlərimizin ailələrinə, Aprel döyüşlərində yaralananlara və xəsarət alanlara dövlət qayğısı, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə dəstəyi, Qarabağın əzəli Azərbaycan torpağı olması haqqında geniş danışılıb. Aprel şəhidləri və vətən  oğullarının  şücaətindən bəhs edən  video slaydlar nümayiş etdirilib.
       Keçirilən onlayn dərslərdə ölkədə baş vermiş ən mühüm hadisələrdən biri olan işğaldan azad olunmuş Cocuq Mərcanlıya “Böyük Qayıdış” haqqında hər bir məktəbliyə geniş məlumat verilir və bildirilir ki, Şuşaya gedən yol  Cocuq Mərcanlıdan keçir. Xatırladaq ki, Cocuq Mərcanlı 2016-cı ilin aprel döyüşlərində işğaldan azad olunduqdan sonra  Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə yenidən qurularaq, oraya əhalinin köçürülməsi təmin olunmuşdur. Bununla da bir daha sübut olundu ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hər an torpaqlarını düşmənlərdən azad etməyə hazırdır.
  Döyüşlərdə həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.!

VİDEO -1

Keçidlər