Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda daxili imkanlar hesabına tibbi maska istehsalına Kürdmaşı kəndi də qoşuldu

03 aprel 2020 | 16:00

Koronavirus (COVID 19)  infeksiyasının sürətlə yayılma təhlükəsi bütün dünyada olduğu kimi ölkəmizdə də tibbi maskalara tələbatı artırıb. Bu səbəbdən, ölkədə yaranmış  maska çatışmamazlığını aradan qaldırmağa dəstək olmaq məqsədilə,  01 aprel 2020-ci il tarixdən etibarən,  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və İsmayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə, əhalinin  tibbi maskalarla təmin edilməsi üçün Mərkəzin könüllüləri  tərəfindən  tibbi maskaların  hazırlanmasına başlanılıb. Tibbi maskalar  əhaliyə pulsuz paylanılır.

Rayonda başlayan aksiyaya  Kürdmaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi, Kürdmaşı bələdiyyəsi və “Nur” Qadın İnkişaf Qrupu qoşulublar. Gün ərzində 400 ədəd maska tikilib və əhaliyə pulsuz paylanılıb.

Məlumat üçün bildiririk ki, “Buta” tikiş evi aprel ayının 4-dən etibarən aksiyaya qoşulacağını bildirib. Yaxın günlərdə isə rayonda fəaliyyət göstərən İsmayıllı Tikiş Evi də tibbi maskaların istehsalına başlayacaqdır.

Rayonun digər qəsəbə və kəndlərinin də bu aksiyaya qoşulması nəzərdə tutulub.

Keçidlər