İsmayıllı gəncləri “Könüllü qonşu” aksiyasına qoşulub
08 aprel 2020 | 16:00
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Könüllü qonşu” aksiyasına İsmayıllı rayonu Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri də qoşulub.
Gənclər yaşlı və xəstə qonşularına komunal xərclərinin ödənilməsində köməklik göstərib və qapılarına məlumatlandırıcı təlimatlar asıblar.
Karantin rejimi ilə əlaqədar olaraq, məhəllənizdə, yaşadığınız binada, tanıdığınız ərzaq və ya dərman almaq, tullantıları atmaq üçün evdən çıxa bilməyən yaşlılar, xəstələr və fiziki məhdudiyyətli olanlar varsa, bu elanları yerləşdirməklə siz də qonşularınıza dəstək ola bilərsiniz.
İnanırıq ki, əl birliyi ilə bu çətin günlərin öhdəsindən gələcəyik!