İsmayıllı "Evdə Qal Evdə Yarat" layihəsinə qoşulub
İsmayıllı Rayon İcra Hakimiyyəti Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının elan etdiyi "Evdə Qal Evdə Yarat" təşəbbüsünə qoşulur və yaradıcı bacarığı və xüsusi istedadı rayon sakinlərini bu aksiyaya qoşulmağa dəvət edir.
Məlum olduğu kimi, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası bizim ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar bağlıdır, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyyə olunur. Bu çətinliklərə baxmayaraq vətəndaşlarımızın yaradıcı bacarığı həmişə olduğu kimi, indi də yüksək səviyyədədir. Artıq 2000 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal Evdə Yarat" təşəbbüsünə qoşulmuşdur.
Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə yaradıcılığını işə salaraq hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) izləyiciləri ilə #EvdəQalEvdəYarat həştəqi ilə, həmçinin Kreativ Azərbaycan Facebook səhifəsini qeyd edərək (tag edərək) paylaşır və yaradıcılığı ilə virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirir.
Təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaqdır.
Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!
"Evdə Qal Evdə Yarat" təşəbbüsü ilə bağlı ətraflı məlumat üçün: https://creative.az/az/post/109