İsmayıllıda 400 ailəyə yardım olundu
10 aprel 2020 | 16:00
Ismayıllıda koronavirus pandemiyası səbəbindən karantin rejimində yaşayan 400 ailəyə ərzaq yardımı paylanıldı. İsmayıllı Rayon İcra Hakimiyyəti və “Haqqin.Az” xəbər portalının dəstəyi ilə baş tutmuş aksiyada gənclərdən ibarət könüllülər də iştirak edib. Yardım aksiyası İsmayıllı şəhərindən əlavə, rayonun bütün kənd və qəsəbələrində həyata keçirilib. İmkansız, əlil və ağır xəstəliklərdən əziyyət çəkən sakinlər, həmçinin ahıl insanlar ərzaq sovqatlarından yararlanıblar.