Tvinninq layihəsi
Sentyabr ayının 10-da İsmayıllı Peşə Tədris Mərkəzinin iclas zalında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin imkanlarının gücləndirilməsi üzrə Tvinninq keçirilib. Tədbirdə İsmayıllı ilə yanaşı, Şamaxı, Ağsu, Qəbələ, Göyçaydan gələn Turizm Şöbələrinin əməkdaşları, bələdiyyə nümayəndələri iştirak edib.
Layihənin məqsədi Azərbaycan iqtisadiyyatının diversifikasiyası prosesində turizm sahəsinin rolunu artırmaqdır.
Tvinninq-layihədə Avstriya və Litvadan olan nümayəndələr tərəfdaş kimi çıxış edir.
Layihənin rəhbəri Florian Sengstschmid proqramın birinci hissəsi haqqında məlumat verib. Proqrama, Turizm məkanının idarə olunması, prinsipləri və əsas məsələləri daxil edilib.
Ferdinand Rosnik turizm məkanını idarə edən qurumlar və praktik nümunələr haqda iştirakçıları məlumatlandırıb.
Tvinninq zamanı iştirakçılara sorğu vərəqələri paylanılıb. Bununla da onların turizm sahəsindəki problemlər, yeni təkliflər haqqında fikirləri öyrənilib.