Hərbi xidmət zamanı vəfat etmiş Rahim Cəbilinin ailəsi əhalini karantin qaydalarına əməl etməyə çağırır
11 aprel 2020 | 16:00
İsmayıllı şəhərində yaşayan, hərbi xidmət zamanı vəfat etmiş Rahim Cəbilinin ailəsi koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimində gündəlik ərzaq ehtiyaclarını evdən çıxmadan təmin etməyə çalışır və nail olur. Ailə həyətyanı sahədə əkinçilik və quşçuluqla məşğul olur, hətta çörəyi evdə bişirirlər. R.Cəbilinin nənəsi Rəhimə Cəbiyeva deyir ki, ərzaq tələbatını ödəmək üçün hər gün evdən çıxmaq vacib deyil. O, əhalini karantin rejiminə əməl etməyə, məcbur olmadıqları halda bayıra çıxmamağa səsləyir: