Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rəsmiləri qüruru və əzmi ilə məşhurlaşan qadını ziyarət ediblər

11 aprel 2020 | 16:00

“Mənim payımı atasız 2 övlad böyüdən qonşuma verin” deyərək qürur və həmrəylik nümayiş etdirən İsmayıllı sakini Tamam Qarayeva rayonda son günlərin qəhrəmanına çevrilib. Aprelin 9-da İsmayıllının 400 ailəsinə ərzaq yardımının paylanıldığı zaman müşahidə olunmuş bu hal ətrafında şairə kimi tanınan və sosial şəbəkələrdə müzakirə olunan qadını insanların gözündə daha da ucaldıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinın başçısı Nahid Bağırov və millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan 53 yaşlı T.Qarayevanın tək yaşadığı evə baş çəkiblər. Dövlət rəsmiləri onun sosial durumu və ev şəraiti ilə maraqlanıblar. Görüş zamanı qadının koronavirus səbəbindən elan olunmuş karantin dövründə həqiqətən yardıma ehtiyacı olduğu məlum olub. O, bəşəriyyəti cənginə almış pandemiya təhlükəsinə təslim olmur, həyətyanı torpaq sahəsində əkinçilik və digər növ təsərrüfat qurur. İcra başçısı N.Bağırov mövcud qlobal durumda belə bir əzmkar həyat tərzinin rayon və kəndlərdə yaşayan ailələr üçün nümunə olduğunu bildirdi.

N.Aslan təsərrüfatını inkişaf etdirmək istәyәn
qadına dәstәk üçün aylıq әmәkhaqqısının müәyyәn hissәsini ayıracağını dedi. Dövlət rəsmiləri AQAC-nin sovqatını T.Qarayevaya təqdim edərkən onun təvazökarlığı və qürurunun bir daha şahidi olublar. Sonda yardımı səmimiyyətlə qəbul edən qadınla xatirə şəkli çəkilib.

N.Bağırov və N.Aslan həmin evin qonşuluğunda yaşayan, hərbi xidmət zamanı vəfat etmiş Rahim Cəbilinin doğmalarına da baş çəkiblər. R.Cəbilinin anası Günay Cəbiyeva ev şəraitinin yaxşılaşdırılmasına və yeni salınmış yaşayış məskəninin kommunal ifrastrukturunun təkmilləşdirilməsinə köməklik göstərilməsini xahiş edib. Qeyd olunan məsələlər dövlət rəsmiləri tərəfindən nəzərə alınıb.

Keçidlər