İsmayıllıda ehtiyacı olan ailələrə ərzaq yardımı davam edir
12 aprel 2020 | 16:00
İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koronavirus pandemiyası səbəbindən karantin rejimində yaşayan ailələrə ərzaq yardımı davam edir. 11 aprel tarixində həmkarlar təşkilatlarının, sahibkarların, iş adamlarının və könüllü yardım edən xeyirxah insanların dəstəyi ilə 350-dən çox ailəyə ərzaq yardımı paylanılıb. Baş tutmuş aksiyada yardımların çatdırılmasında gənclərdən ibarət könüllülər də iştirak edib. Yardım aksiyası İsmayıllı şəhərindən əlavə, rayonun kənd və qəsəbələrində də həyata keçirilib. Ehtiyacı olan ailələr ərzaq sovqatlarından yararlanıblar.