Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda daha 100 ailəyə yardım olundu

25 aprel 2020 | 16:00

İsmayıllıda koronavirus pandemiyası səbəbindən karantin rejimində yaşayan, aztəminatlı və digər həssas kateqoriyaya aid olan ailələrə ərzaq yardımı davam etdirilir. Möhtərəm Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı altında keçirilən aksiyada aprelin 23 və 24-də 100 ailə sevindirilib. Yerli icra hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin İsmayıllı Suvarma Sistemləri İdarəsi və xeyirxah iş adamının dəstəyi ilə hәyata keçirilәn işlərdə rayonun Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları və gənclərdən ibarət könüllülər də iştirak edib. Aksiyada İsmayıllı şəhərindən əlavə, 19 kənddə imkansız, əlil və ağır xəstəliklərdən əziyyət çəkən sakinlər, həmçinin ahıl insanlar ərzaq sovqatlarından yararlanıblar.

Keçidlər